İzmirdə tarixin ən böyük narkotik əməliyyatı: 641 şübhəli saxlanıldı
Türkiyənin Daxili İşlər Naziri Əli Yerliqaya bildirib ki, İzmirdə keçirilən NARKOKAPAN-İZMİR əməliyyatı “Cümhuriyyət tarixinin ən əhatəli narkotik əməliyyatı”dır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Əməliyyat İzmirdən idarə olunmaqla 14 vilayətdə, 608 ünvana eyni vaxtda həyata keçirilib. 4 500 polis, 956 briqada və 8 xüsusi təlim görmüş narkotik it əməliyyata qatılıb.
Nəticədə 641 şübhəli saxlanılıb və araşdırmalar davam edir.
Sevinc Yarməmmədova
15:54 20.01.2026
Oxunuş sayı: 1122