ABŞ İrana yeni sanksiyalar elan etdi – Böyük banklar çöküş təhlükəsi ilə üz-üzə
ABŞ Maliyyə Nazirliyi İrana qarşı əlavə sanksiyalar tətbiq edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bu addım nəticəsində İranın ən böyük beş bankı müflis olmaq təhlükəsi ilə üz-üzədir.
Xəbərdə bildirilir ki, yeni sanksiyalar İran iqtisadiyyatına daha ağır zərbələr vura bilər. Eyni zamanda ABŞ İraq vasitəsilə İranın maliyyə əlaqələrini də bloklayıb.
ABŞ-nin təzyiqlərindən sonra İraq İran üçün maliyyə tranziti rolunu dayandırıb.
18:55 16.01.2026
Oxunuş sayı: 2336