BMT İrandakı vəziyyətlə bağlı təcili iclas keçirib
BMT Təhlükəsizlik Şurası İrandakı etirazlarla bağlı təcili iclas keçirib.
Crossmedia.az xəbər verir ki, iclas ABŞ-nin tələbi ilə çağırılıb.
İclasda dekabrın sonlarından etibarən inflyasiya, ərzaq qiymətlərinin artması və milli valyutanın məzənnəsinin düşməsi səbəbindən başlayan nümayişlərin minlərlə insanın yaralanması və həbsilə nəticələnən genişmiqyaslı zorakılığa çevrildiyi vurğulanıb.
BMT bütün qətllərlə bağlı müstəqil araşdırmaların aparılmasına çağırıb.
Etirazçılara qarşı edam hökmünün tətbiqi ilə bağlı xəbərdarlıq edib.
18:48 16.01.2026
Oxunuş sayı: 2108