İranda parçalanma siqnalı: 19 təşkilat dini rejimin sonunu elan etdi
İranda kürdləri, bəlucları, Əhvaz ərəblərini, Azərbaycan türklərini, türkmənləri və qaşqayları təmsil edən 19 siyasi partiya və hərəkat birgə bəyanatla çıxış edib.
Crossmedia.az xəbər verir ki, bəyanatda İran İslam Respublikasını idarə edən dini hakimiyyətin devrilməsi və ölkə xalqlarının öz müqəddəratını təyinetmə hüququnun tanınması tələb olunur.
Sənəddə bütün milli, mədəni və dil ayrı-seçkiliyi qəti şəkildə rədd edilir, eyni zamanda xalq üsyanının fars şovinizmi adı altında mənimsənilməsinə və ya yönləndirilməsinə qarşı xəbərdarlıq edilir.
Qruplar beynəlxalq ictimaiyyəti, insan haqları təşkilatlarını və azad medianı İran rejiminin sistemli təzyiq, qətl və zorakılıqlarına laqeyd qalmamağa çağırır.
Bəyanatda hərəkatın əsas şüarları da açıqlanıb: “Qələbə birləşmiş millətlərin olacaq” və “Azadlıq bizim danılmaz haqqımızdır.”
18:43 16.01.2026
Oxunuş sayı: 2710