İtaliya bəyan etdi: Qrenlandiyaya əsgər göndərmək mənasızdır
İtaliyanın müdafiə naziri Guido Krozetto bir sıra Avropa ölkələrinin Qrenlandiyaya kiçik hərbi kontingentlər göndərmək niyyətini tənqid edib. Nazir bu addımların ada ətrafında yaranmış böhranın gedişinə real təsir göstərməyəcəyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. “Qrenlandiyada istənilən millətdən yüz, iki yüz, ya da üç yüz hərbçi nə edə bilər?” - deyə Krozetto sual edib.
Onun sözlərinə görə, baş verənlər “lətifənin başlanğıcı kimi səslənir”. Nazir həmçinin vurğulayıb ki, İtaliya Qrenlandiyaya öz hərbçilərini göndərmək niyyətində deyil.
Sevinc Yarməmmədova
17:59 16.01.2026
Oxunuş sayı: 1850