Qırğızıstan televiziyalarına məhdudiyyət qoyuldu
Qırğızıstan televiziyalarına rus dilində yayımlanan məzmunun 40%-dən çox olmaması tələb olunub.
Crossmedia.az xəbər verir ki, kanalların yayımlarının 60%-i qırğız dilində olmalıdır. Mədəniyyət nazirinin müavini Marat Taqaev bildirib ki, bəzi özəl kanallar bu tələbləri formal olaraq yerinə yetirir, lakin yeni kontent hazırlamırlar.
Fevralın sonuna qədər kanalların “Qırğızfilm” və “Qırğızserial” ilə müqavilələr bağlaması tələb olunur, əks halda ilin sonunda tədbirlər görüləcək. Əvvəllər norma 50% təşkil edirdi.
Eyni zamanda, ölkənin mediaprostorunda “Birinci”, “Rusiya 24”, “Kultura” və “Zvezda” kimi rus televiziyaları geniş yayılıb.
Türkan Kərimli
17:45 16.01.2026
Oxunuş sayı: 1768