Dövlət Gəlirləri Komitəsinin üç əməkdaşı barəsində həbs qətimkan tədbiri seçildi
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məhkəmənin Ermənistan Dövlət Gəlirləri Komitəsinin saxlanılan əməkdaşları ilə bağlı qərarını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin yaydığı məlumata əsasən, məhkəmə bir gün əvvəl saxlanılan Ermənistan Dövlət Gəlirləri Komitəsinin üç əməkdaşı barəsində həbs qətimkan tədbiri seçib.
Komitə daha əvvəl cinayət işi üzrə istintaq çərçivəsində ümumilikdə 5 nəfərin saxlanıldığını bildirmişdi. Saxlanılan şəxslər vəzifə səlahiyyətlərindən kollektiv şəkildə sui-istifadə etməkdə ittiham olunurlar.
Rəsmi məlumatda qeyd olunub ki, əvvəl saxlanılan 5 nəfərdən dördü, o cümlədən Dövlət Gəlirləri Komitəsinin üç əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilib və bu qərarların hamısı məhkəmə tərəfindən təmin edilib.
İş üzrə digər təfərrüatlar istintaqın maraqları baxımından açıqlanmır.
16:56 16.01.2026
Oxunuş sayı: 1903