İran Prezidenti: Biz ABŞ, Avropa və İsraillə tammiqyaslı müharibədəyik
İran prezidenti Məsud Pezeşkian bəyan edib ki, ölkə hazırda ABŞ, Avropa ölkələri və İsraillə tammiqyaslı müharibə şəraitindədir. O qeyd edib ki, bu qarşıdurma yalnız hərbi deyil, həm də siyasi, iqtisadi, informasiya və təhlükəsizlik sahələrini əhatə edir.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Prezident vurğulayıb ki, İranın qarşısına qoyulan sanksiyalar, diplomatik təzyiqlər, regiondakı hərbi fəaliyyətlər vahid strategiyanın tərkib hissəsidir və ölkə bütün sahələrdə müqavimət göstərməyə hazırdır.
Türkanə Məşədiyeva
05:40 28.12.2025
Oxunuş sayı: 1102