Zelenski ABŞ-la danışıqlarda müzakirə ediləcək beş əsas mövzunu açıqlayıb
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-la aparılacaq danışıqlarda gündəmə gətiriləcək beş əsas mövzunu açıqlayıb.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, onun sözlərinə görə, müzakirələr aşağıdakı istiqamətləri əhatə edəcək:
Ukrayna–ABŞ təhlükəsizlik zəmanətləri, Ukrayna–Avropa təhlükəsizlik zəmanətləri,
hərbi komponent,
Ukraynanın rifahı və bərpası üzrə plan,
gələcək addımların planı.
Zelenski bildirib ki, bu mövzular Ukraynanın təhlükəsizliyi və müharibədən sonrakı inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.
Pərvin Hacıyeva
00:10 28.12.2025
Oxunuş sayı: 1276