Putin Kremldə Nursultan Nazarbayevlə görüşüb
Rusiya prezidenti Vladimir Putin Kremldə Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevlə görüş keçirib. Bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat yayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Qeyd olunub ki, Rusiya prezidenti sonuncu dəfə Nursultan Nazarbayevi bu ilin may ayında qəbul edib.
Xatırladaq ki, noyabr ayında Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Rusiyaya iki günlük dövlət səfəri edib. Səfər çərçivəsində Kremldə qeyri-rəsmi görüş də baş tutub.
Türkanə Məşədiyeva
00:08 28.12.2025
Oxunuş sayı: 1062