Suriya XİN rəhbəri: Rusiya bazaları yalnız məqsədinə xidmət etməlidir
Suriya Xarici İşlər Nazirliyinin rəhbəri Həsən Əsəd Şeybani bildirib ki, 2024-cü ilə qədər ölkə strateji seçim qarşısında qalmışdı. Onun sözlərinə görə, İran artıq Əsəd rejiminə əhəmiyyətli dəstək verə bilməzdi, təsiri zəifləmişdi, lakin Rusiya hələ də aktiv idi və Suriyada problemlər yarada biləcək imkanlara sahib idi.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Əsədin devrilməsindən qısa müddət əvvəl Rusiya ilə birbaşa danışıqlar aparılıb. Şeybani vurğulayıb ki, mesajları ciddi qəbul edilib: Bəşər Əsədin devrilməsi Rusiya qüvvələrinin Suriyadan çıxışı demək deyil.
O əlavə edib ki, Xmeymim və Tartusdakı Rusiya bazalarının mövcudluğu Suriyanın maraqlarına uyğun olmalıdır və hazırkı formalarında onlar heç bir məqsədə xidmət etmirsə, yalnız “bəzək kimi saxlanmayacaq”.
23:57 27.12.2025
Oxunuş sayı: 1095