Putin Rusiya qoşunlarının qərargahlarından birinə baş çəkib
Rusiya prezidenti Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin qərargahlarından birini ziyarət edib. Səfər zamanı ona Ukraynanın bir sıra yaşayış məntəqələrinin işğal edilməsi barədə məlumat verilib.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, işğal edildiyi iddia olunan yaşayış məntəqələri arasında Zaporojye vilayətində yerləşən Qulyaypole və Donetsk vilayətindəki Mirnoqrad da var.
Ukrayna tərəfi, o cümlədən Kiyev rəsmiləri hələlik bu məlumatla bağlı rəsmi açıqlama verməyib.
Türkanə Məşədiyeva
23:42 27.12.2025
Oxunuş sayı: 1130