Belarusda “Oreshnik” raket sistemi Rusiya üçün Avropa siqnalıdır
Belarusda “Oreshnik” raket sisteminin yerləşdirilməsi ilə Rusiya Avropaya raket çatdırmaq imkanını artırmaq niyyətindədir.
Crossmedia.az Reuters-ə istinadən xəbər verir ki, bu barədə Chatham House ekspertı Con Foreman bildirib.
Foreman qeyd edib ki, Rusiya bu addımı ABŞ-ın Almaniyada “Dark Eagle” orta mənzilli hipersəs raketi də daxil olmaqla raketlərin yerləşdirilməsi planına cavab olaraq atır.
Analitiklər həmçinin vurğulayırlar ki, Rusiyanın nüvə silahı daşıya bilən “Oreshnik” raketini ərazisindən kənarda yerləşdirməsi siyasi siqnal hesab edilə bilər.
23:35 27.12.2025
Oxunuş sayı: 1028