Tramp “Epşteyn işi” ilə bağlı bütün adların açıqlanmasını tələb edib
ABŞ Prezidenti Donald Tramp Ədliyyə Nazirliyindən “Epşteyn işi”ndə adı keçən bütün şəxslərin adlarını tam açıqlamağı tələb edib.
Crossmedia.az xəbər verir ki, Tramp bu barədə Truth Social sosial şəbəkəsində açıqlama verib.
Prezident bildirib ki, nazirlik “demokratlar tərəfindən hazırlanmış saxta işlərlə” məşğul olur və vurğulayıb ki, “demokratlar Epşteynlə əməkdaşlıq edib, respublikaçılar yox”.
Tramp həmçinin radikal sol qüvvələrin Ağ Evin və Respublika Partiyasının müsbət siyasət nəticələrini nəzərə almadığını, yalnız Epşteyn işi ilə məşğul olduqlarını qeyd edib.
Xatırladaq ki, Tramp 20 noyabr tarixində Epşteyn işi üzrə bütün materialların açıqlanması ilə bağlı fərman imzalamışdı.
Dekabrın sonunda isə Ədliyyə Nazirliyi sənədlərin deşifrə edilməsinə başlayıb, lakin təxminən 550 səhifə tamamilə məxfi qalıb.
23:10 27.12.2025
Oxunuş sayı: 1128