Pakistanda terror əməliyyatının qarşısı alındı: onlarla ölən var
Pakistan ordusu Bəlucistan əyalətində keçirilən iki ayrı əməliyyat zamanı qanunsuz silahlı qruplarla əlaqəli ən azı 13 nəfərin öldürüldüyünü açıqlayıb.
Crossmedia.az xəbər verir ki, hərbi mənbələrin məlumatına görə, əməliyyatlar 24 və 25 dekabr tarixlərində əyalətin Kohlu və Kalat rayonlarında həyata keçirilib.
Bildirilir ki, öldürülən şəxslər təhlükəsizlik qüvvələrinə qarşı fəaliyyət göstərən silahlı qruplarla əlaqəli olub.
Rəsmi qurumlar əməliyyatların bölgədə təhlükəsizliyin təmin olunması məqsədi daşıdığını vurğulayıb. Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
22:36 27.12.2025
Oxunuş sayı: 1165