Zelenski: Çin sülhə töhfə verə bilər, amma hazırda Rusiyanın müharibəsini maliyyələşdirir
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Çin müharibənin sülh yolu ilə həllinə töhfə verə biləcək potensiala malik olsa da, hazırda bu istiqamətdə real addımlar görünmür.
Crossmedia.az xəbər verir ki, onun sözlərinə görə, Çin hazırda Rusiyanın enerji resurslarının ən böyük idxalçısıdır.
Zelenski vurğulayıb ki, Rusiyanın enerji ixracından əldə etdiyi vəsait birbaşa müharibənin maliyyələşdirilməsinə yönəlir.
Prezident qeyd edib ki, mövcud vəziyyətdə Çinin rolu məhz bu proseslə əlaqələndirilir.
22:21 27.12.2025
Oxunuş sayı: 1067