Budanov: Müharibəyə son qoymaq üçün real fürsət 2026-cı ilin fevralında yarana bilər
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) rəisi Kirillo Budanov müharibəyə son qoymaq üçün real şansın yaranacağı mümkün vaxtı açıqlayıb.
Crossmedia.az xəbər verir ki, onun sözlərinə görə, 2026-cı ilin fevral ayı sülh razılaşmasına nail olmaq baxımından ən əlverişli dövr ola bilər.
Budanov bildirib ki, bu qiymətləndirməyə hərbi əməliyyatların mövcud dinamikası, istilik mövsümünün başa çatması və ümumi güc balansını dəyişdirə biləcək şərait təsir göstərir.
O vurğulayıb ki, bu açıqlama müharibənin dəqiq bitəcəyi tarix deyil, sülh üçün “imkan pəncərəsinin” ən geniş ola biləcəyi zamanla bağlı analitik dəyərləndirmədir.
22:07 27.12.2025
Oxunuş sayı: 1027