Tyan-Şan dağlarında fövqəladə vəziyyət
Qazaxıstanın Almatı vilayətində dağ yürüşü faciə ilə nəticələnib. Tyan-Şan silsiləsində həyata keçirilən alpinist yürüşü zamanı yaranan çətin şərait səbəbindən bölgədə axtarış-xilasetmə tədbirləri aparılır.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Qazaxıstanın Almatı vilayətində yerləşən dağlıq ərazidə baş verən hadisə nəticəsində bir alpinist həyatını itirib, daha iki nəfər isə itkin düşüb.
Məlumata görə, üç nəfərdən ibarət alpinist qrupu dekabrın 24-də Tyan-Şan zirvəsinə doğru yola çıxıb. Lakin dekabrın 26-na keçən gecə onlarla əlaqə kəsilib.
Xilasedicilər dəniz səviyyəsindən təxminən 3700 metr yüksəklikdə ekspedisiya üzvlərindən birinin cəsədini aşkar ediblər. Digər iki alpinistin taleyi barədə hələlik məlumat yoxdur. Axtarış-xilasetmə işləri davam etdirilir.
Zeynəb Xuduyeva
21:35 27.12.2025
Oxunuş sayı: 932