Moskvaya doğru hərəkət edən daha iki PUA zərərsizləşdirilib
Rusiya hava hücumundan müdafiə qüvvələri Moskvaya doğru gedən daha iki pilotsuz uçuş aparatını (PUA) məhv edib .
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin dekabrın 27-də bildirib.
O, MAX-da yazıb: "Moskvaya hücum edən iki PUA məhv edilib. Təcili yardım xidmətləri qəza yerində işləyir".
Beləliklə, günün əvvəlindən bəri Moskvaya yaxınlaşarkən vurulan PUA-ların sayı 21-ə çatıb .
20:30 27.12.2025
Oxunuş sayı: 937