Fildişi sahilində parlament seçkiləri başlayıb
Qərbi Afrikada yerləşən Fildişi sahili dövlətində parlamentin 255 yerinə seçkilər başlayıb.
Bu barədə Crossmedia.az SABC radiosunun məlumatına istinadən xəbər verir ki, səsvermənin ilkin nəticələrinin dekabrın 28-də elan ediləcəyi gözlənilir.
Məlumata əsasən, hakim Demokratiya və Sülh Uğrunda Ufuetistlər Birliyi partiyası parlamentdəki çoxluğunu qorumaq məqsədilə bütün seçki dairələrində namizədlər irəli sürüb.
Eyni zamanda müxalifət düşərgəsində parçalanma müşahidə olunur. Müxalifətdə təmsil olunan əsas partiyalardan biri seçkilərin “repressiv” şəraitdə keçirildiyini əsas gətirərək səsverməni boykot etdiyini bəyan edib.
Seçkilərin gedişi və nəticələri ilə bağlı rəsmi qurumların əlavə açıqlamalar verəcəyi gözlənilir.
Türkanə Məşədiyeva
16:33 27.12.2025
Oxunuş sayı: 1326