Honq-Konq Labubu personajının 10 illiyini möhtəşəm sərgi ilə qeyd edir
Honq-Konqda məşhur Labubu personajının yaradılmasının 10 illiyi münasibətilə genişmiqyaslı sərgi təşkil olunub. “Monsters by Monsters: Now and Then” adlı sərgi şəhərin mədəni məkanlarından biri olan Asia Society Centerdə ziyarətçilərin üzünə açılıb.
Crossmedia.az xəbər verir ki,sərgidə Labubu personajının yaranma tarixindən bu günə qədər keçdiyi yaradıcı yol nümayiş etdirilir. Ekspozisiya çərçivəsində müxtəlif illərə aid illüstrasiyalar, heykəllər, instalyasiyalar və xüsusi dizayn olunmuş sənət nümunələri təqdim olunur. Layihə Labubu dünyasının həm əvvəlki, həm də müasir interpretasiyasını əhatə edərək, tamaşaçılara bu unikal obrazın təkamülünü yaxından izləmək imkanı yaradır.
Tədbir həm yerli sakinlərin, həm də turistlərin böyük marağına səbəb olub. Təşkilatçıların bildirdiyinə görə, sərgi Labubu-nun qlobal populyarlığını və müasir pop-mədəniyyətdə tutduğu yeri vurğulamaq məqsədi daşıyır.
Sərginin müəyyən müddət ərzində fəaliyyət göstərəcəyi və minlərlə ziyarətçi cəlb edəcəyi gözlənilir.
Nastya Qəniyeva
15:41 27.12.2025
Oxunuş sayı: 1448