Tramp: Somaliland nədir, bunu kim tanıyır ki?
ABŞ-nin prezidenti Donald Tramp Somaliland məsələsinə münasibət bildirib və bu bölgənin tanınmasına skeptik yanaşdığını deyib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp “New York Post” qəzetinə açıqlamasında məsələnin hələ də araşdırıldığını qeyd edərək, “Somaliland nədir, bunu kim tanıyır ki?” ifadəsini işlədib.
Məlumata görə, Cənubi Sudanın Somalilandı tanımasından sonra ABŞ-nin də oxşar addım ata biləcəyi müzakirə olunub. Fox News-un yazdığına görə, Tramp daha əvvəl Qırmızı dənizə çıxış nöqtəsində yerləşən strateji Berbera limanına görə bu ehtimalı nəzərdən keçirib, lakin hazırda tanınmanı dəstəkləməyə hazır deyil.
Türkan Kərimli
15:25 27.12.2025
Oxunuş sayı: 1742