Trampdan Putin və Zelenski ilə bağlı yeni planlar
Beynəlxalq siyasi gündəmdə yeni diplomatik təmaslar gözlənilir. ABŞ prezidenti Donald Tramp qarşıdakı günlər üçün bir sıra yüksək səviyyəli diplomatik təmasların planlaşdırıldığını bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Politico nəşrinə verdiyi müsahibədə Rusiya prezidenti Vladimir Putinlə yaxın vaxtlarda telefon danışığı aparmağı gözlədiyini bildirib. Tramp söhbətin “yaxşı keçəcəyinə” ümid etdiyini deyib.
ABŞ lideri, həmçinin bu həftəsonu Ukrayna prezidenti Volodimir Zelenski ilə görüş keçirməyi planlaşdırdığını açıqlayıb.
Zeynəb Xuduyeva
15:17 27.12.2025
Oxunuş sayı: 1281