Rusiyalı siyasətçi: NATO Ukraynaya müdaxilə üçün əsas yaradır
Rusiya Dövlət Dumasının Xarici İşlər Komitəsinin sədri Leonid Slutski bildirib ki, NATO-nun baş katibi Mark Rütte Ukraynaya hərbi müdaxilə üçün həm əsas, həm də bəhanə yaradır.
Slutski Rüttenin Avropa ölkələrinin Rusiyanın sülh sazişini pozacağı təqdirdə Ukraynaya qoşun göndərməyə hazır olması barədə açıqlamalarını “ictimai fırıldaq” adlandırıb.
Crossmedia.az bu barədə TASS-a istinadən xəbər verir.
O əlavə edib ki, belə planlar sülhün təmin olunmasına xidmət etmir və konfliktin uzanmasına səbəb ola bilər, həmçinin hərbi kontingentlərin yerləşdirilməsi Rusiya üçün qanuni hədəf hesab ediləcək.
Səriyyə Tağıyeva
23:47 22.12.2025
Oxunuş sayı: 1078