Rusiyanın Belqorod şəhərində bank filialı ələ keçirildi
Rusiyanın Belqorod şəhərində naməlum şəxs banklardan birinin filialını ələ keçirib. İlkin məlumata görə, cinayətkarın üzərində partlayıcı qurğu ola biləcəyi ehtimal edilir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir. Hadisə yerinə polis, xüsusi təyinatlı qüvvələr və xilasedicilər cəlb olunub. Təhlükəsizlik məqsədilə bank ətrafı mühasirəyə alınıb, yaxınlıqdakı ərazilər qismən bağlanıb. Şahidlərin bildirdiyinə görə, bina daxilində olan müştərilər və əməkdaşlarla bağlı vəziyyət dəqiqləşdirilir.
Rəsmi qurumlar hələlik hadisənin motivləri və girovların olub-olmaması barədə ətraflı məlumat yaymayıb. Hüquq-mühafizə orqanlarının şübhəli ilə danışıqlar apardığı bildirilir.
Sevinc Yarməmmədova
22:35 22.12.2025
Oxunuş sayı: 1088