ULAQ yerli mühərriklə Türkiyə Hərbi Dəniz Qüvvələrinin inventarına daxil edildi
“Ares Tersanesi” və “Meteksan” şirkətləri tərəfindən layihələndirilən Silahlı İnsansız Dəniz Platforması ULAQ, TÜMOSAN istehsalı olan TMSN460 yerli dəniz mühərriki ilə keçirilən sınaqları uğurla tamamladıqdan sonra Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının inventarına qəbul edilib.
Crossmedia.az xəbər verir ki, ULAQ platformasının yerli mühərriklə təchiz olunması Türkiyənin müdafiə sənayesində idxaldan asılılığın azaldılması və yerli-milli texnologiyaların gücləndirilməsi baxımından mühüm mərhələ kimi qiymətləndirilir.
Silahlı insansız dəniz vasitəsi kəşfiyyat, müşahidə, sahil təhlükəsizliyi və asimmetrik təhdidlərə qarşı mübarizə kimi müxtəlif əməliyyat tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulub. Yerli mühərriklə inteqrasiya ULAQ-ın əməliyyat etibarlılığını və davamlılığını artırır.
Türkiyə Hərbi Dəniz Qüvvələrinin inventarına daxil edilməsi ilə ULAQ-ın aktiv əməliyyat istifadəsinə başlanıldığı bildirilir. Bu addım Ankaranın dənizlərdə texnoloji üstünlük strategiyasının növbəti halqası kimi dəyərləndirilir.
Sevinc Yarməmmədova
22:27 22.12.2025
Oxunuş sayı: 986