Mertz Makronla əlaqəni kəsib
Almaniyanın kansleri Fridrix Mertz hesab edir ki, Makron Rusiya pullarının müsadirəsində ona xəyanət edib.
Crossmedia.az bu barədə Financial Times-a istinadən xəbər verir.
Mertz son Brüssel sammitində Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsinin uğursuzluğunda əsas rolu Makronun oynadığını bildirir və onu Avropa İttifaqına qarşı çıxmaqda ittiham edir.
Eyni zamanda, Mertz qeyd edib ki, Makron Parisdə saxlanılan 18 milyard avroluq aktivlərin istifadəsinə də qarşı çıxıb, bu isə onun daxildə siyasi vəziyyətini zəiflədir və Almaniyada AFD partiyasının reytinqinin artmasına təsir göstərir.
Buna görə də Mertz Makronla bütün əlaqəni kəsib və onunla ünsiyyətdən imtina edib.
20:05 22.12.2025
Oxunuş sayı: 939