ABŞ: İran bölgədəki yaraqlılara silah qaçaqmalçılığını dayandırmır
İran bölgədəki yaraqlılara silah qaçaqmalçılığını dayandırmır.
Crossmedia.az xəbər verir ki, “Əl-Ərəbiyyə”yə açıqlama verən adı açıqlanmayan ABŞ rəsmisinin dediklərinə görə, Tehran silah qaçaqmalçılığı üçün quru marşrutlar, dəniz limanları və sahil xətlərindən istifadə edir və bu, uzun illərdir tətbiq olunan üsuldur.
Bundan əlavə, kəşfiyyat məlumatlarına görə, İran bir neçə həftə əvvəl raket proqramını yenidən aktivləşdirməyə başlayıb. ABŞ təhlükəsizlik və kəşfiyyat qurumları isə Tehranın həm özünü, həm də Yaxın Şərqdəki təmsilçilərini silahlandırmaqda israr etməsini ciddi narahatlıqla izləyir.
20:00 22.12.2025
Oxunuş sayı: 993