Tailand Kamboca ilə atəşkəsin şərtini açıqlayıb
Tailand, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) xarici işlər nazirlərinin Kuala-Lumpurda keçirilən xüsusi görüşündən sonra, Kamboca ilə sərhəd münaqişə zonasında atəşkəs rejiminin tətbiq olunması ehtimalını istisna etməyib.
Crossmedia.az xarici mediaya istinadən verdiyi xəbərə görə, Tailandın Birgə Mətbuat Mərkəzinin yaydığı açıqlamada bildirilir ki, bu qərar Krallığın Silahlı Qüvvələri və Xarici İşlər Nazirliyinin nümayəndələrinin iştirakı ilə müzakirə olunub və sərhəd bölgəsində vəziyyətin stabilləşdirilməsi məqsədi daşıyır.
19:27 22.12.2025
Oxunuş sayı: 954