Paşinyan Putinlə görüşüb
Dekabrın 22-də Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
Crossmedia.az erməni mediasına istinadən xəbər verir ki, görüş Sankt-Peterburqda baş tutub.
Məlumata görə, iki ölkə lideri qeyri-rəsmi MDB sammiti çərçivəsində ikitərəfli danışıqlar aparıblar.
Qeyd edək ki, Nikol Paşinyan iki günlük səfər üçün Rusiyadadır. O, səfər çərçivəsində bir gün əvvəl Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edib.
Kübra Musayeva
18:41 22.12.2025
Oxunuş sayı: 990