Orban: Macarıstan vəsaiti Ukraynadakı müharibəyə deyil, daxili ehtiyaclara yönəldəcək
Macarıstanın baş naziri Viktor Orban bildirib ki, hökumət vətəndaşların ödədiyi vergi vəsaitlərini Ukraynadakı müharibənin maliyyələşdirilməsinə deyil, ölkədaxili infrastruktur və sosial ehtiyaclara sərf etməyi üstün tutur.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Baş nazir bu fikirləri avtomobil yolunun açılış mərasimində səsləndirib. Onun sözlərinə görə, Avropa İttifaqının dekabrın 18–19-da keçirilən sammitində Ukraynaya 90 milyard avroluq "müharibə krediti"nin ayrılması barədə qərar qəbul edilib.
Orban qeyd edib ki, Macarıstan bu təşəbbüsdə iştirakdan imtina edib. Əgər Budapeşt razılıq versəydi, ölkə 1 milyard avrodan artıq vəsait ayırmalı olacaqdı.
Baş nazir vurğulayıb ki, bu vəsaitin Böyük Macar düzənliyində müasir yolların tikintisinə və digər daxili ehtiyaclara yönəldilməsi daha məqsədəuyğundur.
Nigar Yahyazadə
18:38 22.12.2025
Oxunuş sayı: 1025