Cey Di Vens: Ukrayna danışıqlarında irəliləyiş var amma sülh hələ mümkün deyil
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ukrayna ilə bağlı aparılan danışıqlarda müəyyən irəliləyişin müşahidə olunduğunu bildirib. Lakin onun sözlərinə görə, yaxın zamanda sülhün əldə ediləcəyinə dair qəti əminlik yoxdur.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, o qeyd edib ki, ABŞ danışıqları davam etdirəcək, bununla yanaşı həm münaqişənin sülh yolu ilə həll olunması, həm də danışıqlar prosesinin pozulması ehtimalı hələ də yüksək olaraq qalır.
Pərvin Hacıyeva
18:22 22.12.2025
Oxunuş sayı: 1125