Rusiyanın Polşadakı son konsulluğu da bağlandı
Rusiyanın Polşada Qdanskda fəaliyyət göstərən sonuncu konsulluğu da bağlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiyanın Qdanskdakı baş konsulu Sergey Semenov sosial şəbəkə hesabında məlumat verib.
"Təəssüf hissi ilə bildiririk ki, Polşa hakimiyyətinin qərarı ilə Qdanskdakı Rusiya Baş Konsulluğunun bağlandığını elan etmək məcburiyyətindəyik", - deyə diplomat qeyd edib.
O qeyd edib ki, bütün konsulluq məsələləri ilə bağlı Varşavadakı Rusiya səfirliyinin müvafiq şöbəsi məşğul olacaq.
18:17 22.12.2025
Oxunuş sayı: 1042