Litva istilik elektrik stansiyasını Ukraynaya təhvil verib
Litva Ukraynaya istilik elektrik stansiyası (İES) təhvil verib. B
Crossmedia.az xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, elektrik stansiyasının daşınması mürəkkəb logistika əməliyyatı çərçivəsində 11 ay davam edib. Ümumi çəkisi 2399 ton olan 149 ədəd avadanlıq Ukraynaya çatdırılıb.
Bildirilib ki, təhvil verilən İES Ukraynanın bir neçə bölgəsində enerji infrastrukturunda təcili təmir-bərpa işlərinin aparılmasına imkan yaradıb.
Qeyd edək ki, dekabrın 19-da Ukrayna Energetika Nazirliyi Rusiyanın enerji infrastrukturuna endirdiyi zərbələr nəticəsində Odessa vilayətində 73 mindən çox istehlakçının işıqsız qaldığını açıqlamışdı. Bundan əvvəl də Odessa şəhərinin böyük hissəsində elektrik, istilik və su təchizatında ciddi problemlər yaranmışdı.
Nəzrin Abbas
17:03 22.12.2025
Oxunuş sayı: 987