Kobaxidze Cənubi Qafqazda sülhün əhəmiyyətindən danışıb
Gürcüstan Cənubi Qafqazda sülhün möhkəmləndirilməsində mühüm rol oynayır.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidə keçirilən 2025-ci il Səfirlər Konfransında bildirib.
Onun sözlərinə görə, regionda sülhün möhkəmləndirilməsinə yönəlmiş Gürcüstan diplomatik korpusunun fəaliyyəti növbəti illərdə də davam etdirilməlidir.
“Gürcüstan regionda — Cənubi Qafqazda sülhün möhkəmləndirilməsində çox mühüm rol oynayır və diplomatik korpusumuzun bu istiqamətdəki səyləri gələcəkdə də davam etməlidir. Əsas vəzifələrimizdən biri ölkəmizin nəqliyyat və tranzit funksiyalarının gücləndirilməsidir. Bu il bu istiqamətdə xeyli iş görülüb və növbəti ildə, eləcə də sonrakı illərdə görüləcək işlər hələ çoxdur”, — deyə Kobaxidze vurğulayıb.
Pərvin Hacıyeva
14:52 22.12.2025
Oxunuş sayı: 1242