Rusiya Starlink peyklərinə qarşı silah hazırlamaqda şübhəli bilinir
Qərb kəşfiyyat xidmətləri Rusiyanı İlon Maskın Starlink peyklərinə qarşı yönəlmiş silah hazırlamaqda ittiham edir. NATO-ya üzv iki ölkənin məlumatlarına əsasən söhbət orbitdə zədələyici elementlərdən ibarət xüsusi bir buludun yaradılmasından gedir. Bu texnologiya eyni anda bir neçə peyki sıradan çıxarmaq imkanına malik ola bilər.
Bu barədə Crossmedia.az Associated Press agentliyinə istinadən xəbər verir.
Mütəxəssislər belə bir sistemin bütün orbital infrastruktura nəzarətsiz və genişmiqyaslı zərər vurma riskini artırdığını bildirirlər. Kanadada da Moskva tərəfindən bu istiqamətdə işlərin aparılması ehtimalı istisna edilmir.
Sözügedən sistem hazırda aktiv inkişaf mərhələsindədir. Lakin onun sınaq tarixləri və istifadəyə verilmə müddəti ilə bağlı hələlik dəqiq məlumat yoxdur.
Türkanə Məşədiyeva
14:45 22.12.2025
Oxunuş sayı: 1016