Fransa Yeni Kaledoniya üzrə referendumu təxirə salıb
Fransa hakimiyyəti Yeni Kaledoniyanın siyasi gələcəyi ilə bağlı keçirilməsi planlaşdırılan referendumu təxirə salmaq qərarı verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, səsvermə ilkin olaraq 2026-cı il üçün nəzərdə tutulmuşdu.
Paris səsvermədən əvvəl əlavə danışıqların aparılmasının vacib olduğunu bildirib. Qeyd olunur ki, referendum arxipelaqın gələcək statusu ilə bağlı "yol xəritəsi"ni müəyyən edən Bujeval sazişinin tərkib hissəsidir. Saziş Yeni Kaledoniyaya suverenlik verilməsini nəzərdə tutmasa da, region üçün daha geniş muxtariyyət vəd edir.
Bununla yanaşı, müstəqillik tərəfdarı olan hərəkatların liderləri referendumu təxirə salmağın öz müqəddəratını təyinetmə prosesinə mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq ediblər.
Nigar Yahyazadə
14:36 22.12.2025
Oxunuş sayı: 1131