Volna qəsəbəsində dron hücumu: liman və gəmilər zədələndi
Rusiya Federasiyasının Krasnodar diyarında təhlükəsizlik vəziyyəti gərginləşib. Yerli infrastruktura Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının hücumu ciddi ziyan vurub, nəticədə həm liman obyektləri, həm də dəniz nəqliyyat vasitələri zədələnib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya Federasiyasının Krasnodar diyarının Temryuk rayonunda yerləşən Volna qəsəbəsində Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının hücumu nəticəsində iki körpü (liman körpüsü) və iki gəmi zədələnib.
Hadisə bölgədə fəaliyyət göstərən nəqliyyat və logistika sisteminə təsir göstərərək, təhlükəsizlik və nəzarət tədbirlərinin gücləndirilməsini tələb edir.
Zeynəb Xuduyeva
12:44 22.12.2025
Oxunuş sayı: 971