Ukrayna kəşfiyyatı: Lipetsk yaxınlığında Rusiya aerodromunda iki qırıcı məhv edilib
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) bildirib ki, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) dekabrın 20-dən 21-nə keçən gecə Rusiyanın Lipetsk vilayəti yaxınlığındakı hərbi aerodromda iki rus qırıcısını — Su-30 və Su-27 təyyarələrini uğurla sıradan çıxarıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir. Məlumata görə, Ukraynaya qarşı müharibədə istifadə olunan bu iki təyyarənin ümumi dəyəri təxminən 100 milyon dollar təşkil edə bilər.
GUR-un açıqlamasında bildirilir ki, aerodromda həyata keçirilən xüsusi əməliyyatın planlaşdırılması iki həftə davam edib. Qeyd olunur ki, patrul marşrutları və növbətçilik qrafikləri əvvəlcədən öyrənilib, nəticədə diversiya qrupu Rusiya hərbi obyektinə gizli şəkildə daxil olub, “Su” tipli qırıcıları birbaşa qoruyucu aviasiya anqarında yandırıb və aerodromu itkisiz tərk edib.
Türkan Kərimli
12:10 22.12.2025
Oxunuş sayı: 952