Yer kürəsində ən aşağı temperatur Yakutiyada qeydə alınıb
Rusiya Hidrometeorologiya Mərkəzinin 20 dekabrda verdiyi məlumata görə, Saxa Respublikasında (Yakutiya) Yer kürəsində ən aşağı temperatur qeydə alınıb.
Crossmedia.az xarici mənbəyə istinadən xəbər verir ki, "Yakutiyanın Pokrovsk şəhəri qlobal üçlüyə başçılıq edib və burada meteoroloji stansiya -51,7 dərəcə şaxta qeydə alıb", - deyə təşkilatın açıqlamasına istinadən bildirib.
Respublikanın Olenyok rayonundakı Suxana meteorologiya stansiyası -49,4 dərəcə Selsi ilə ikinci yerdə qərarlaşıb.
Yakut kəndi Krest-Xaldjayda da rekord aşağı temperatur qeydə alınıb və temperatur -48,7 dərəcə Selsiyə düşüb.
20:25 20.12.2025
Oxunuş sayı: 1149