Türkiyə Suriya ordusuna təlim keçəcək
Türkiyə Suriyanın silahlı qüvvələrinin hazırlanmasında iştirak etməyə hazır olduğunu bəyan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib ki, hazırda Türkiyə ərazisində suriyalı hərbçilərin təlim prosesi davam edir. Onun sözlərinə görə, Ankara daha əvvəl Azərbaycan, Liviya və Somaliyə göstərdiyi təlim dəstəyini Suriyaya da göstərə bilər.
“Azərbaycan, Liviya və Somaliyə hansı formada təlim dəstəyi vermişdiksə, eyni dəstəyi onlara da təqdim edə bilərik”, – deyə nazir vurğulayıb.
Fatimə Məmmədova
19:55 20.12.2025
Oxunuş sayı: 947