Zelenski: Odessa bölgəsində HHM zəifdir
Ukrayna Prezidenti Volodimir Zelenski Odessa bölgəsində hava hücumundan müdafiə sistemlərinin fəaliyyətində zəifliklərin olduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə dekabrın 20-də Strana.ua onlayn qəzeti məlumat yayıb.
Zelenski bildirib ki, Odessa bölgəsində yaranan problemlərin səbəblərini araşdırmaq üçün hava hücumundan müdafiəyə cavabdeh olan qurumlarla birgə iş aparılır.
Səriyyə Tağıyeva
19:47 20.12.2025
Oxunuş sayı: 1167