Alman mətbuatı: Rusiya üstün resurslarla Ukraynanı tədricən zəiflədir
Avropa ölkələri Ukrayna-Rusiya müharibəsinin real gedişatına daha ayıq baxmalı və Kiyevin bu qarşıdurmada məğlubiyyət ehtimalını nəzərə almalıdır.
Crossmedia.az Almaniyanın Die Welt nəşrinə istinadən xəbər verir. Məqalədə vurğulanır ki, Rusiya “yavaş, lakin sistemli şəkildə Ukraynanın hərbi potensialını zəiflədir”. Nəşrin fikrincə, Moskva həm canlı qüvvə, həm də hərbi texnika baxımından daha geniş resurslara malikdir və bu üstünlük uzunmüddətli müharibədə həlledici rol oynaya bilər.
Ukraynaya göstərilən hərbi və maliyyə dəstəyi mühüm olsa da, bu yardım müharibənin gedişini köklü şəkildə dəyişmək üçün kifayət etməyə bilər. Yazıda Qərbin, xüsusilə də Avropanın emosional deyil, strateji və realist mövqe tutmasının vacibliyi önə çəkilir.
Nəşr hesab edir ki, mövcud vəziyyət Avropa paytaxtlarında təhlükəsizlik siyasətinin yenidən nəzərdən keçirilməsini, münaqişənin mümkün nəticələrinə indidən hazır olmağı tələb edir. Çünki zaman keçdikcə müharibənin yükü həm Ukrayna, həm də onu dəstəkləyən ölkələr üçün daha ağır olur.
Sevinc Yarməmmədova
19:23 20.12.2025
Oxunuş sayı: 1092