Yermak vəzifədən getsə də, Zelenski ilə əlaqəni saxlayır
Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak korrupsiya qalmaqalı fonunda vəzifədən uzaqlaşdırılsa da, əslində hələ də prezident Volodimir Zelenski ilə mütəmadi əlaqədədir.
Bu barədə Crossmedia.az ZN nəşrinə istinadə xəbər verir.
Məlumata görə, Yermak hər axşam Zelenski ilə Konça-Zaspadakı prezident iqamətgahında görüşür. Mənbələr bildirir ki, dövlət başçısı Ofisin idarəçiliyini birbaşa öz üzərinə götürməyə hazırdır. Bu çərçivədə Ofisə əsasən texniki funksiyalar saxlanılacaq, analitik fəaliyyət isə mövcud strukturlar arasında, o cümlədən Milli Təhlükəsizlik və Müdafiə Şurasının Aparatı arasında yenidən bölüşdürüləcək.
Nəşr qeyd edir ki, son vaxtlar prezidentlə daha çox “Xalqın Xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya, baş nazir Yuliya Sviridenko, birinci vitse-baş nazir Mixail Fyodorov, Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov və digər yüksək vəzifəli şəxslər görüşsə də, Yermakı siyasi proseslərdən kənarlaşdırmağa hələlik tələsmirlər.
Türkanə Məşədiyeva
19:17 20.12.2025
Oxunuş sayı: 1261