Türkiyədə düşən PUA Rusiya istehsalı Merlin-VR kəşfiyyat dronu olub
Türkiyə ərazisinə düşən pilotsuz uçuş aparatı Rusiya istehsalı olan Merlin-VR kəşfiyyat dronu kimi identifikasiya edilib. Məlumata görə, bu aparat uzaqmənzilli kəşfiyyat, müşahidə və rekonesans (ISR) platformalarına aiddir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
PUA-nın uçuş məsafəsi 600 kilometrə, havada qalma müddəti isə təxminən 10 saata çatır. Dron katapult vasitəsilə buraxılır, geri qayıdışı isə paraşüt sistemi ilə həyata keçirilir.
Merlin-VR çəkisi 7 kiloqrama qədər olan optik-elektron sensorlarla təchiz olunub və hava kəşfiyyatının aparılması üçün nəzərdə tutulub.
Günel Verdiyeva
19:08 20.12.2025
Oxunuş sayı: 1382