Ərdoğan S-400-lərin Rusiyaya qaytarılmasını təklif edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan S-400 zenit-raket komplekslərinin Rusiyaya geri verilməsini Türkiyənin F-35 proqramına yenidən qoşulması qarşılığında Vladimir Putinə təklif edib.
Crossmedia.az bu barədə Bloomberg-ə istinadən xəbər verir.
Məlumata görə, bu məsələ liderlərin 12 dekabrda Aşqabadda keçirdiyi görüşdə müzakirə olunub. Türkiyə tərəfi eyni zamanda S-400-lər üçün ödənilmiş 2,5 milyard dolların geri qaytarılmasını da istəyir.
Nəzrin Abbas
17:50 20.12.2025
Oxunuş sayı: 1132