Ryazanda yerli erməni cinayətkar qruplaşmasının lideri Faryan Tiqran saxlanılıb
Rusiyanın Ryazan şəhərində yerli erməni cinayətkar qruplaşmasının liderlərindən biri olan Faryan Tiqran hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Tiqran örtülü qoruma, tələbkarlıq, qanunsuz pul köçürmələri və dələduzluqla məşğul olub.
O, 20 il əvvəl aldığı Rusiya pasportundan məhrum edilib. Hazırda onun barəsində cinayət işi başlanılması məsələsi həll olunur.
Pərvin Hacıyeva
16:52 20.12.2025
Oxunuş sayı: 1112