Tayland F-16 ilə Kamboca hərbi obyektlərinə zərbə endirib
Tayland Hərbi Hava Qüvvələrinin F-16 qırıcısı Kamboca Silahlı Qüvvələrinin Pousat vilayətindəki hərbi obyektinə zərbə endirib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, əməliyyat zamanı şənbə günü Kamboca hərbçilərinin qüvvələrini toplamaq üçün istifadə etdiyi kazino binası məhv edilib.
Tayland sərhəd münaqişəsinin gərginləşməsi fonunda Kamboca ərazisində yerləşən dörd kazinoya zərbə endirib. Banqkokdakı rəsmilər bildirirlər ki, həmin kazinolar qabaqcıl komanda mərkəzlərinə çevrilmişdi və oradan döyüş əməliyyatlarının idarəsi, pilotsuz uçuş aparatlarının (PUA) idarəsi, PUA-lara qarşı sistemlərin işlədilməsi və Tayland ərazisinə artilleriya zərbələrinin endirilməsi həyata keçirilirdi.
Pərvin Hacıyeva
16:36 20.12.2025
Oxunuş sayı: 1215