Qazaxıstanın NATO standartlı silah zavodları tikməsinə Rusiya etiraz edib
Qazaxıstan ASPAN layihəsi çərçivəsində NATO standartlarına uyğun artilleriya silahları və sursat istehsalı üçün dörd yeni zavodun tikintisinə başlayır.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, bu addım Qazaxıstanın Rusiya hərbi-sənaye kompleksi ilə əvvəlki əməkdaşlıqdan imtina etməsi kimi qiymətləndirilir.
Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov artıq məsələ ilə bağlı mövqeyini bildirib və NATO standartlarına keçidi, həmçinin Rusiya istehsalı silahlardan imtinanı “dost olmayan addım” adlandırıb. Onun fikrincə, bu qərarlar Astananın daha geniş siyasi kursunun tərkib hissəsidir və əvvəllər səsləndirilmiş kiril əlifbasından və rus dilindən imtina planları ilə müqayisə oluna bilər.
Juravlyov vurğulayıb ki, belə bir siyasət Rusiyanın müvafiq reaksiyasını tələb edir.
Pərvin Hacıyeva
16:43 20.12.2025
Oxunuş sayı: 1365