Krımda Belbek aerodromunda iki Rusiya Su-27-si məhv edilib
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Krım yarımadasında yerləşən Belbek aerodromunda Rusiya Hərbi Hava Qüvvələrinə məxsus iki ədəd Su-27 qırıcı təyyarəsinin məhv edildiyini açıqlayıb.
Crossmedia.az xəbər verur ki, qurumun yaydığı məlumata görə, zərbə nəticəsində aerodromun infrastrukturuna da ziyan dəyib. Əməliyyatın detalları və istifadə olunan vasitələr açıqlanmasa da, SBU bunu Rusiyanın hərbi imkanlarının zəiflədilməsinə yönəlmiş addım kimi dəyərləndirib.
Bildirilib ki, hər bir Su-27 qırıcı təyyarəsinin təxmini dəyəri 35 milyon ABŞ dolları təşkil edir. Bu baxımdan, məhv edildiyi iddia olunan iki təyyarənin ümumi dəyəri təxminən 70 milyon dollar olaraq qiymətləndirilir.
Rusiya tərəfi hadisə ilə bağlı hələlik rəsmi mövqe açıqlamayıb. Qeyd edək ki, Belbek aerodromu Krımda Rusiyanın əsas hərbi hava bazalarından biri sayılır və müharibə dövründə dəfələrlə hücum hədəfi olub.
Sevinc Yarməmmədova
16:16 20.12.2025
Oxunuş sayı: 1150